top of page

Dörd nüvə ölkəsi Rusiyaya qarşı hərəkətə keçdi-SOYUQ MÜHARİBƏ


Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda zəhərlənməsi Fransa, Almaniya, ABŞ-ın və Böyük Britaniyanın təhlükəsizliyini hədələyir.

Bu haqda dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir.

“Bu, bizim hamınız üçün təhlükədir. Biz - Fransa, Almaniya, Birləşmiş Ştatlar və Böyük Britaniyanın liderləri Sergey Skripal və onun qızına qarşı edilmiş hücumu pisləyirik”, - bəyanatın mətnində deyilir.

Ölkə liderləri Rusiyanı Skripal işi üzrə yaranmış bütün suallara cavab verməyə çağırıblar.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.Azadpress.az Publika.az


bottom of page