Rusiyalı cəsusları öldürən zəhəri bu şəxs ixtira edib


Qərb mətbuatının yazıdğına görə, “Noviçok”un memarı tatar əsilli sovet alimi Vil Sultanoviç Mərzəcanovdur (rus mənbələrində Mirzayanov gedir-red.).

Mirzəcanov 1965-ci ildən dövlət orqanik kimya və texnologiyaları elmi araşdırma institutunda çalışıb.1986-1990-cı illərdə o, xarici texniki kəşfiyyatlarla mübarizə idarəsinin rəisi olub. Mirzəcanovun olduqca məxfi sayılan bütün kimyəvi maddələrə çıxışı varmış.

Sovet İttifaqı dağıldıqdan sonra, 1992-ci ildə Vil Mirzəcanov “Moskovski novosti” qəzetində “Zəhərlənmiş siyasət” adlı məqalə dərc edir. Həmin məqalədə o, Rusiyanın hərbi-sənaye kompleksini “Kimyəvi silahların sınaqdan keçirilməsi və istehsalının qadağan olunması haqqında” Paris konvensiyasının müddəalarını pozmaqda ittiham edib.Həmin məqaləyə görə, Mirzəcanov 1992-ci ilin oktyabrın 22-də dövlət sirrini açıqlamaq ittihamı ilə həbs edilir. 2 il sonra isə Rusiyanın baş prokuroru Andrey İlyuşenkonun qərarı ilə “əməlində cinayət tərkibinin olmaması” səbəbi ilə azadlığa buraxılır.Həbsdən azad olunduqdan sonra Vil Mirzəcanov siyasi fəaliyyətə başlayır. Tatar alimi öz fəaliyyətini tatar millətçiliyi üzərində qurur.1994-cü ildə o, Tatar xalq partiyasının sədr vəzifəsinə seçilir. 1996-cı ildə isə Vil Mirzəcanov ABŞ-a mühacirət edir.

Hazırda o, Nyu-Cersi ştatının Prinston şəhərində yaşayır və özünü “Tatarıstanın sürgündə olan prezidenti” sayır.Bu günlərdə virusun “atası” Skripalın zəhərlənməsi ilə bağlı açıqlama yayıb.Keçmiş sovet alimi “ABŞ-ın The Daily Beast” qəzetinə verdiyi müsahibədə bu silahın hazırlanmasında iştirak etdiyi üçün təəssüf hissi keçirdiyini bildirib və Sergey Skripaldan qəzet vasitəsilə üzr istəyib.Mirzəcanov həmn virusun sırf Sovet İttifaqının qorunması məqsədilə hazrladıqlarını söyləyib. “Heç bir alim bu virusun terror məqsədi ilə istifadə ediləcəyini gözləmirdi. Bu virus kütləvi qırğın üçün yaradılıb”, - Mirzəcanov qeyd edib.Azadpress.az Yeni Musavata istinadən


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.