Dubay əmirinin qızını fransiz cəsus qaçırıb


Birləşmiş Ərəb Əmirliyinin baş naziri Məhəmməd bin Rəşid əl-Maktumun 33 yaşlı qızı Lətifə ölkədən qaçıb.

Bu barədə “New York Post”-da məlumat yayılıb.

Ölkədən qaçmış əmirin qızı öldürüləcəyi və ya başına başqa bir bədbəxt hadisənin gələcəyi təqdirdə, insanların həqiqəti bilməsi üçün videomüraciət hazırlayıb.

Videoda gənc qadın ölkəsində normal şəkildə yaşaya bilmədiyini ona görə, qaçmaq qərarına gəldiyini bildirib. Lətifənin sözlərinə görə, o zəngin şeyxin 30 övladından biridir. Bundan əvvəl bacısının da oxşar səbəblərə görə ölkədən qaçdığını bildirib.

Əmirin qızı iddia edir ki, Dubayda ona seçim imkanı verilmir, avtomobil sürmək qadağan olunur, şəxsi həyatı isə ciddi nəzarət altındadır.

Lətifəyə ölkədən qaçmağa keçmiş fransız casusun kömək etdiyi bildirilir. “The Daily Mail”in iddiasına görə, əmirin qızı Hindistanın cənub sahillərinə istitqamət alan yaxtada gizlənir. Onun ABŞ-dan siyasi sığınacaq istəyəcəyi bildirilir.Azadpress.az Oxu.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.