top of page

Azərbaycan Dillər Universitetinin Novruz bayramında toplanan vəsait imkansız tələbələrə paylanıb


Martın 15-16-da Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbirlər keçirilib.

ADU-dan Azadpress.az-a bildirilib ki, universitetin hər iki tədris binasında keçirilən tədbirlərdə xalqımızın böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Novruz bayramının xalqımızın əsrlərdən bəri qeyd etdiyi sevimli bayramlardan olduğunu bildirib. O, Novruzu qeyd edən hər bir xalqın bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm və mərasim nəğmələri yaratdığını vurğulayıb.

Tədbirdə, həmçinin müxtəlif kafedraların hazırladığı bayram süfrəsi, dövlət atributlarının əks olunduğu stendlər nümayiş etdirilib. ADU-nun və Almaniyanın Vürsburq Universitetinin professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti, xanım Ziglinde Hartmanın iştirakı ilə stendlərə baxış keçirilib.

ADU-da təşkil olunan “Novruz xonçası” müsabiqəsinə qatılan kafedra və mərkəzlər hazırladıqları Novruz sovqatlarını nümayiş etdiriblər. ADU-nun həmkarlar təşkilatı müəllimlər, həmçinin universitetin yataqxanasında yaşayan tələbələr üçün bayram süfrəsi təşkil edib.Azadpress.az


bottom of page