top of page

Putin yenə prezident oldu-Seçkinin nəticələri


Rusiyada keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.

Rusiya MSK-nın yaydığı məlumata görə, artıq seçici səslərinin 30 faizi hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində 72,97 faiz səs toplayıb. Putinin rəqibləri - Kommunist Partiyasından Pavel Qrudinin 15,9 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz, "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov isə 0,59 faiz səs toplayıb.Azadpress.az


bottom of page