top of page

Astara, Lənkəran və Lerik rayonlarında meşə yanğınları söndürülüb


“Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb

Astara, Lənkəran və Lerik rayonları ərazisində yüksək dağ massivində aparılan yanğınsöndürmə işləri başa çatıb.

Yanğınlar nəticəsində “Hirkan” Milli Parkın ərazisində və meşə fonduna aid ərazilərdə kol-kos, quru ot və qurumuş ağac kötükləri yanıb.

Milli Parkın və meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.Azadpress.az


bottom of page