Şəhriyar Məmmədyarov qalib gəldi-Turnir davam edir


Martın 26-da Berlində şahmat üzrə iddiaçılar turniri davam edib. Turnirin 13-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiyalı şahmatçı Qrişuk ilə görüşüb.

Azadpress.az xəbər verir ki, oyun Ş.Məmmədyarovun üstünlüyü ilə başa çatıb.

Hesabında 3 qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 7,5 xal var. Turnirə ABŞ şahmatçısı Fabiano Karuana başçılıq edir.

İddiaçılar turniri martın 28-dək davam edəcək. On dörd dövrədən ibarət turnirin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan şahmatçı Londonda dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.