Kemerovada yanğında 64 nəfər həlak olub


Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər həlak olub. Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib. Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur. Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən və xasərət alanların arasında Azərbaycan vətəndaşları olmayıb.APA  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.