top of page

Toyota Bakı Mərkəzi jurnalistləri yeni "Toyota Camry" ilə tanış edib


“Toyota Bakı Mərkəzi” media nümayəndələri üçün media-tur təşkil edib.

Azadpress.az xəbər verir ki, media-turda ölkəmizə yeni gətirilmiş "Toyota Camry" haqqında dolğun məlumat verilib və “Toyota Bakı Mərkəzi” ilə tanışlıq olub.

“Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov jurnalistlərə məlumat verib ki, yeni, səkkizinci nəsil “Camry” bütün gözləntiləri doğruldub: "Yeni "Camry" əvvəlki modellərə nisbətən daha geniş və aerodinamikdir"

E.Cəfərov bildirib ki, həmişə olduğu kimi "Toyota" sürücü və sərnişinlərin təhlükəsizliyi maksumum dərəcədə nəzərə alıb. Belə ki, yeni "Camry" 10 təhlükəsizlik yastlğı ilə təhciz olunub. Bu da öz növbəsində “Toyota”nın daima yenilənmək,yaxşılaşmaq konsepsiyasından irəli gəlir. Hazırda Toyota Camry Azərbaycanda rəsmi diler Toyota Bakı Mərkəzi tərəfindən 2.5 L və 3.5 L həcmli mühərriklə satılır.

Daha sonra jurnalistlər “Toyota Bakı Mərkəzi"-nin iş fəaliyyəti ilə yaxınddan tanış olublar. Məlumat verilib ki, burada müştərinin rahatlığı üçün hər bir şərait yaradılıb. Müştəri öz avtomobilini servisə təhvil verdikdən sonra onlar üçün ayrıca gözləmə otağı hazırlanıb ki, həmin müştərilər gözləmə otağından öz avtomobillərinin təmir prosesini izləyə bilərlər. Bundan başqa müştərilə xüsusi geyimlə servis mərkəzinə də daxil olub bu prosesi izləyə bilərlər. Müştərilər üçün ayrılmış xüsusi otaqda təklifləri, şikayətləri qəbul edəcək məsul şəxsin adı,soyad və telefon nömrəsi varki,hər bir müştəri onunla rahat şəkildə əlaqə yarada bilər.

Qeyd edək ki, Toyota modelləri dünyada ən çox satılan avtomobillərdir. Son statisk məlumata görə, Toyota dünyada ən güclü 10 avtomobildən biridir. Azadpress.az SalamNews-a istinadən


bottom of page