Belarus bu il Asiya ölkələri, eləcə də Azərbaycana bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.
Bu barədə Belarusun kənd təsərrüfatı və qida nazirinin müavini Vladimir Qrakun deyib. Nazir müavininin sözlərinə görə, 2017-ci ildə Belarus 380 min ton kartof idxal edib və məhsul əsasən Rusiya, Azərbaycan və Özbəkistana satılıb.
Bu il isə ölkədə kartofçuluq və tərəvəzçiliyin inkişafı proqramına əsasən bu rəqəmin artırılması planlaşdırılır.Fins.az