top of page

Türkiyə ordusu Suriyanın mərkəzinə doğru irəliləyir


“Zeytun Budağı” əməliyyatı nəticəsində Suriyanın şimalında böyük ərazi Ankaranın nəzarətinə keçdi. Azadpress.az xəbər verir ki,Türkiyə ordusu və müttəfiq qüvvələri Suriyanın Tel Rıfat rayonunu terrorçulardan azad edib. Əməliyyat martın 27-də başlayıb və bir neçə saatdan sonra Türkiyə ordusu qüvvələrinin Tel Rıfatın mərkəzinə daxil olduğu haqda xəbər yayılıb. Tel Rıfat Türkiyə ordusunun azad etdiyi Afrin vilayətinin mərkəzindən bir neçə kilometr cənubda, Hələb şəhərinə doğru istiqamətdə yerləşir. Hələbdən Tel Rıfata qədər məsafə 40 kilometrdir. Afrin mərkəzi ilə Hələb arasında ən böyük yaşayış məntəqəsi də məhz Tel Rıfat hesab olunur.Azadpress.az  


bottom of page