top of page

Eynulla Fətullayev Cavid Qurbanovu relsləri satmaqda ittiham edib


Haqqınaz saytının baş redaktoru Eynulla Fətullayev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova qarşı sərt ittihamlar səsləndirib.

Azadpress.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb. Həmin statusu təqdim edirik:

"Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı? "Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.

Guya Cavid olmasaydı biz "Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək! Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!"

"Я написал о скоростных поездах в Узбекистане, и об удручающем положении в системе железных дорогах Азербайджана. Что началось после этого? Глава ЗАО Железные Дороги Джавид Гурбанов нажал кнопку и на меня навалился поток писем железнодорожников. Мол, если бы не Джавид, то мы вернулись бы к столыпинским вагонам) Спасибо и на этом! Ну что ж, коли так, пошли дальше! Выясняется, что самым большим продавцом металла в Азербайджане является Джавид Гурбанов. Ежедневно этот горец, спустившийся на равнины, через своих людей и подставные компании продает тысячи тоннов металла. Откуда металл, спросите? Отвечаю - разбирают железнодорожные рельсы, списывают электрички и поезда. Вот чем занят наш Джавид( Скоростные поезда? А зачем нам поезда? Даешь бабло!"

Azadpress.az olaraq Millət vəkili Cavid Qurbanovun mövqeyini yazmağa hazırıq.


bottom of page