top of page

"Mənim nəzir qutuları ilə işim yoxdur"-Allahşükür Paşazadə


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə prezidentliyə namizədlərdən birinin onun Siyəzən rayonu ərazisində 150 hektarlıq alma bağlarının olması barədə danışdıqlarına, habelə Çexiyada aşkarlanan mülkləri barədə xəbərlərə münasibət bidirib. Azadpress.az xəbər verir ki,Paşazadə deyib ki, bu kampaniya həm də ölkə rəhbərinə qarşı aparılır:

“Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var? Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Söhbət tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkələməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq", - A.Paşazadə əlavə edib. 


bottom of page