Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir.
Azadpress.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Onun sözlərinə görə, hazırda bununla əlaqədar işlər aparılır: "Bu işlə bizim komitə deyil, digər qurumlar məşğul olur. İşlər davam etdirilir. Amma bizim komitə də bu işə dəstək verir".