top of page

Ərdoğan hərbi paltar geyinib Atatürkdən sitat gətirdi


Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan bazar günü Türkiyə sərhədinə gedib.

Azadpress.az Anadolu-ya istinadən xəbər verir ki,Ərdoğanı hərbçilər,ölkənin tanınmış siyasətçiləri və sənət adamları müşayət edib. Hərbi geyimdə olan Ərdoğan yerli əhali tərəfindən alqışlanıb.

Əsgərlərin qarşısında çıxışı zamanı prezident Qazi Mustafa Kamalın ümidlərin tükəndiyi bir zamanda bəyan etdiyi ifadəni sitat gətirib:

"Hattı müdafaa yoktur sathı müdafaa vardır, o satıh bütün Vatandır"

Ərdoğan əlavə edib ki,Türkiyənin bugünkü mücadiləsində də xətti müdafiə yoxdur,səthi müdafiə var.Yəni,hər kəs bu müdafəyədə səfərbər olmalıdır və Vətənin bütün sərhədləri qorunmalıdır.Azadpress.az


bottom of page