top of page

Avropadakı soydaşlarımız Azərbaycandakı sabitliyi dəstəkləyir


"Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir"

Millət vəkili,Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Aliyev Almaniyanın Köln şəhərində möhtəşəm tədbirdən sonra belə deyib.

Azadpress.az xəbər verir ki,31 Mart- Azərbaycanlıların soyqırımının ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə Avropanın müxtəlif bölgələrindən soydaşlarımız iştirak edib.Tədbir Adil Əliyevin rəsmi Facebook səhifəsində canlı olaraq fasiləsiz yayımlanıb.

Adil Əliyev tədbirdən sonra açıqlamsında belə deyib:

"Almaniyanın Köln şəhərində möhtəşəm tədbirimizi keçirdik. Tədbirimizdə yüzlərlə soydaşımız iştirak etdi. Hamısına təşəkkür edirəm, Avropanın müxtəlif ölkələrindən zəhmət çəkib gəlmişdilər. Ən qürurverici o idi ki, bəzi soydaşlarımız tədbirə ailələri və kiçik uşaqları ilə təşrif buyurmuşdular. Elə Kölndəki tədbiri keçirməkdə əsas məqsədlərimdən biri də bu idi ki, soydaşlarımı bir araya gətirim, bir-birlərini görsünlər, əlaqəni itirməsinlər. Tədbirimizdə Avropada yaşayan Türkiyə vətənsdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamları, hətta xarici ölkə vətəndaşları da iştirak edirdi. Bir daha tərbirə gəldiklərinə görə hamıya minnətdarlığımı bildirirəm.

Çıxışımda Azərbaycanın keçdiyi tarixi yola nəzər saldım, 100 illiyini bu gün qeyd etdiyimiz mart və Xocalı soyqıırmından, ermənilərin bizə xəyanətindən, başda Məmmədəmin Rəsulzadə olmaqla Cumhuriyyətin qurucularından və onların keçdiyi ağır yoldan danışdım. Aydındır ki, dövlətimizin və prezident İlham Əliyevin qazandığı bugünkü uğurlardan, siyasi sabitlikdən, aparılan islahatlardan, böyük layihələrdən və bunların Azərbaycana verdiyi və verəcəyi faydadan da danışdım"

Tədbirin məqsədi və əhəmiyyəti haqqında suala belə cavab verib:

"Biz bu tədbirlə iki vacib nəticəyə hasil olduq. Birinci nəticə: Avropada yaşayan soydaşlarımızın əksəriyyəti dövlətin, millətin yanındadır, prezidentin siyasətini dəstəkləyir. Yəni bəzən yalan informasiyalar yayılr ki, guya Avropaya gedənlərin əksəriyyəti siyasi mühacirdir, qatı müxalifətçidirlər. Mühacirətin müxtəlif səbəbləri var. Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir. Bunu Kölndəki toplantımız da göstərdi. Bu fərqi küçədə bağıran söyüş qrupu da gördü və hətta qışqırırdılar ki, Avropada yaşadığnız halda niyə prezidentə qarşı çıxmırsız. Onlar bunu anlamazlar. Bayırda söyüş söyənlər uzaqbaşı 15 nəfər idi, toplantı salonumuzda isə 300-yə yaxın soydaşımız iştirak edirdi. İkinci nəticə: Soydaşlarımız bir neçə saatlığına da olsa bir araya gətirdik, tanımayanları tanışdırdıq, tanıyanlar isə fürsət tapıb bir neçə saatlıq da olsa bir-birlərini görüb hal-əhval tutdular. Xaricdə yaşayan soydaşlarımızı bir araya gətirməkdə məqsədlərimizdən biri də düşmənə xaricdə də müqavimətimizi artırmaqdır. Söyüş söyənlərin dərdi Azərbaycanda sabitliyi və milli birliyi pozmaqdırsa, bizim dərdimiz erməni separatizmi və erməni lobbisi ilə mübarizədə birliyimizi təmin etməkdir. Aramızdakı fərqlərdən biri də budur!"-deyə, Adil Əliyev vurğulayıb.Azadpress.az


bottom of page