Azərbaycan İrana elektrik enerjisi satacaq


İran ildə 150 meqavatt elektrik enerjisinin alınması barədə Azərbaycanla saziş imzalayıb.

Azadpress.azTrend-ə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Reza Ardakaniya deyib.

Nazir qeyd edib ki, Azərbaycandan elektrik enerjisinin alınması barədə razılaşma İran prezidenti Həsən Ruhaninin Bakıya baş tutmuş səfəri çərçivəsində əldə olunub. O, hazırda hər iki tərəfin 700 meqavatt elektrik enerjisinin mübadiləsini həyata keçirmək imkanına malik olduğunu bildirib.

Nazirin sözlərinə görə, tərəflər həmçinin İran, Azərbaycan və Rusiyanın enerji xəttlərinin sinxronizasiyasına yönəlmiş tədbirlər görülməsi barədə qərar qəbul ediblər.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.