Bakıdan gələn qonaq Lerik meşəsində ölü tapılıb


Bakıdan Lerikə qonaq gələn Tofiq İsayev Lerikdə meşə ərazisində asılmış halda tapılıb.

Azadpress.az xəbər verir ki, İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə gəlib. O özü də həmin kənd sakini olub,ailəli olub, 2 oğlu və 1 qızı var.

Qonağın ağacdan asılmış meyiti kənd sakinləri tərəfİndən meşə ərazisində aşkar olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.Azadpress.az