top of page

Kəlbəcər necə işğal olunub...


Şimali Qarabağın qərbində yerləşən Kəlbəcər rayonu, Ermənistan ilə həmsərhəddir və bölgənin rəsmi sərhədləri xaricində idi. 1993-cü il mart ayında ermənilərin işğal etdiyi Tərtər rayonunun ərazisində Sərsəng su anbarı azərbaycanlılar tərəfindən hücuma məruz qalmışdı. Monte Melkonyanın döyüşçüləri Aşağı Qaranlıq rayonunu tutduqdan sonra Kəlbəcəri işğal etmək niyyətində idi.

Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Dağlıq Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları ilk dəfə Dağlıq Qarabağ anklavının hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci Alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və əyalətin paytaxtı 1993-cü il aprelin 3-də işğal olundu.

Aprel ayının 1-də səhərəyaxın erməni və rus hərbi birləşmələri, Ermənistan tərəfdən eyni vaxtda sərhəd boyu ağır artilleriya atəşinin və zirehli texnikanın köməyi ilə 2000 nəfərdən çox canlı qüvvə ilə qəti hücuma keçdi. Söyüdlü, Dikyurd, Yellicə, Ayrım sərhəd məntəqələri düşmənin qat-qat üstün qüvvələri qarşısında tab gətirmədi və onlar döyüşərək geriyə çəkilməyə məcbur olub, həmin mövqelər düşmən əlinə keçdi. Yalnız Zəylik istiqamətində düşmən hücumunun qarşısı alındı.

3 apreldə artıq erməni qüvvələri Kəlbəcəri idarə edirdi.

BMT Təhlükəsizlik Şurası, Türkiyə və Pakistanın dəstəyi ilə, 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarından dərhal həmin ərazini tərk etməyi tələb edən 822 №-li qətnamə qəbul etdi. Human Rights Watch məcmuəsində, erməni qüvvələrinin Kəlbəcər hücumunda, müharibə qaydalarına çoxsaylı pozuntularını, o cümlədən, mülki əhalinin zorla öz evlərindən çıxarıldılmasını, qəsdən atəş acçılmasını və girov götürülməsini qeyd etmişdi.Azadpress.az


bottom of page