top of page

Rəsul Cunayev "Park Cinema"dan şikayətləndi


Azadpress.az xəbər verir ki,güləş üzrə Olimpiya çempionu Rəsul Cunayev sosial şəbəkədə "Park Cinema"dan narazı qaldığını deyib. Ona qarşı hörmətsiz,terrorçi kimi davranıldığını deyib.O bildirib ki, bir də ora gəlməyəcək:

"As Salam Aleykum.Qələbədən sonra bu gün çox böyük həvəslə vətənə döndüm. Ailəmlə birgə Park Bulvarda Filmz izləməyi düşündüm, online bilet aldım və Park Cinemaya gəldik. Ailəmi film zalına yolladım. Yekunda onlar film izləyirlər, mən isə filmin bitməsini gözləyirəm, ailəmi götürüb gedim. Çünki bir daha "Park Bulvar Cinema”ya gəlməyi düşünmürəm. "Park Bulvar Cinema”nın personalı "sağ olsun” mənim əhvalımı yüksək səviyyədə korladı. Həmdə çox hörmətsiz davrandılar. Özümü terrorçu kimi hiss etdirdilər. "Park Bulvar Cinema”ya "minnətdaram”. Bir azda davranış qaydalarını öyrənsələr daha da şad olaram”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page