top of page

Ərdoğandan Fətulla Gülənə:"Sənin nəyin var..."


İndi Pensilvaniyaya qaçan da təlaş içindədir, “aqibətim nə olacaq” deyə narahatlıq keçirir.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Kosovodakıların aqibəti nə oldusa, sənin də aqibətin elə olacaq. Sən yenə bəd-dua seanslarına başla. Mənim Allahım var, sənin nəyin var, bilmirəm. Biz bu millətin duaları ilə ayaqdayıq. Sən hansların, corcların duaları ilə ayaqda qalmağa çalışırsan. Bu mübarizə adi bir mübarizə deyil. Sən ümməti böldün, milləti parçaladın. Bu ümməti, bu milləti parçalayanları bu millətin, bu ümmətin ahı gec və ya tez tutacaqdır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Kosovoda xüsusi əməliyyat keçirərək axtarışda olan FETÖ-çuları ölkəyə gətirmişdi.Azadpress.az


bottom of page