top of page

Deputatlar iclas zalında oturmurlar-Spiker qəzəbləndi


Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermə baş tutmayıb.

APA-nın məlumatına görə, iclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb.

Səsvermə zamanı zalda cəmi 78 deputatın olması spiker Oqtay Əsədovun ciddi iradına səbəb olub.

"Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa", - deyə o bildirib.

Deputatların iclas zalına qayıtmasından sonra səsvermə baş tutub.Layihə ikinci oxunuşda qəbul olunub.Azadpress.az


bottom of page