top of page

Kapitan Anar Məmmədxanovun qəribə taleyi...


Beynəlxalq Muğam Mərkəzində Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın “Anar Məmmədxanov. Kapitanın taleyi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Azadpress.az xəbər verir ki, Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında onun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, “Bakılı oğlanlar” komandasının sabiq üzvü, şoumen və prodüser Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu deyib.

Deputat Elmira Axundova təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, onun Anar Məmmədxanovla bağlı yazdığı sayca dördüncü kitabdır:

“Mən Anar Məmmədxanov haqqında yazılan əvvəlki kitabları oxudum, onunla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə bir ehtiyac hiss etdim. Əslində bu kitab təkcə mənim yox, bu zalda əyləşən tanınmış şəxslərin birgə məhsuludur"

Azadpress.az


bottom of page