
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfərə gəlib.
Azadpress.az xəbər verir ki, Ankarada Rusiya prezidentini Türkiyənin hökumət üzvləri qarşılayıb.
Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş olacaq.
İki dövlət lideri Rusiya-tTürkiyə Əməkdaşlıq Şurasının toplantısında çıxış edəcəklər.
Toplantıdan sonra iki ölkə arasında müqavilələrin imzalanması və mətbuat konfransı keçiriləcək.
Ərdoğan və Putin video-konfransla Akkuyu AES-in təməlqoyma mərasiminə qatılacaqlar.
Azadpress.az