top of page

Səudiyyə Ərəbistanının neft obyektləri raket atəşinə tutulub


Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəməndən atılan balistik raketi tutub.

Azadpress.az xəbər verir ki, raket üsyançı hərəkat "Ənsar Allah” tərəfindən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus obyektlərin yerləşdiyi Cizan rayonuna atılıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində obyektlərə heç bir zərər dəyməyib və onlar normal rejimdə fəaliyyət göstərir.TREND


bottom of page