top of page

ABŞ-da yenotlar evlərə hücum edir


ABŞ-ın Oqayo şatının Yanqstaun şəhər polisi sakinlərdən maraqlı məzmunlu çoxsaylı şikayətlər daxil olduğunu bildirib.

Azadpress.az xəbər verir ki, polis şikayətlərin şəhərdə fərqli davranışlı yenotların peyda olması ilə bağlı olduğunu deyib.

Sakinlər ətrafda daim yenotlar olduğunu bildirsələr də, bu heyvanların özlərini qəribə apardıqlarını deyiblər. Belə ki, yenotlar axşamlar üzə çıxmalı olduqları halda sakinlər onları gündüzlər də gördüklərini bildirib.

Sakinlərdən biri isə yenotlardan birinin gündüz saatlarında evə daxil olmağa çalışdığını deyib.

Hazırda polis sakinlərin təşvişini nəzərə alaraq ərazini nəzarətə götürüb.Trend


bottom of page