
Gürcüstanda sabah matəm elan olunub.
Azadpress.az xəbər verir ki, bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəza ilə bağlı qəbul edilib.
Qəza nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir.Azadpress.az