top of page

Soso Pavliaşvili ermənilərlə birgə Azərbaycana acıq verdi-VİDEO


Gürcü əsilli Rusiyalı müğənni Soso Pavliaşvili yenə hərəkətləri ilə Azərbaycan xalqını təhqir edib.

Azadpress.az xəbər verir ki,Moskvada ermənilərin restoranına gələn ifaçı Azərbaycan adını çəkməməklə Qafqazada iki köklü-əsilli millətin olduğunu deyib.Sonra ermənilərlə birgə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun "Qarabağ inciləri" kompozisiyasını "Qüdrətli Arsax"adı ilə ifa edib.

Xatırladaq ki, Pavlaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm nazirinin sərəncamı ilə S.Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Daha sonra Emin Ağalarovun təşəbbüsü ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin saytı rusiyalı müğənnilər Timur Temirov və Soso Pavliaşvilinin müraciət məktubunu dərc etdi. Məktubda hər iki müğənni Azərbaycana giriş qadağasının ləğv olunmasını xahiş edirdilər.

Növbəti gün isə Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirdi. İfaçı açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini elan etdi. Soso Pavlaşvili Bakıya gəldi və konsert proqramı ilə çıxış etdi.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma “erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək “soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı. Azadpress.az


bottom of page