top of page

Türkiyədə müəllim 4 nəfəri güllələyib


Türkiyənin Əskişəhər şəhərindəki Osmanqazi Universitetində silahlı hücum nəticəsində azı dörd nəfər həlak olub, üç nəfər yaralanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ilkin məlumata görə, insident universitetin pedaqoji fakültəsinin binasında baş verib. Universitetin əməkdaşı öz həmkarlarına atəş açıb.

Atəş açan şəxsin saxlandığı bildirilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.Azadpress.az


bottom of page