top of page

Çin ABŞ-dan qorxmur-Müharibəyə hazırdır


Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir.

Azadpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.

Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazmışdı ki, Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub:“Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik”.


bottom of page