top of page

Röya:"Unudulmaz gecə yaşadacağam"


Əməkdar artist Röya Ayxan solo konsertə hazırlaşır.

Azadpress.az xəbər verir ki, may ayının 5-də baş tutacaq konsert proqramı "Doldur ürəyimi" adlanır.

Röya konsertlə bağlı suallara cavab verib:

“Repertuarı Rəşad Haşımov hazırlayacaq. Yeni və köhnə mahnılarımı oxuyacağam. Mən geyimi birinə, mahnıların seçimini birinə tapşırıram. Ancaq səsimi qoruyuram. Maraqlı konsert gözlənilir. Tamaşaçılarıma unudulmaz gecə yaşadacağam”.

"Bakı Konqres Mərkəzi"ndə baş tutacaq konsertin biletlərini şəhərin kassalarından və "Asan xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.


bottom of page