top of page

Rusiyada "Azərbaycanlılar" kitabı çap olunub


Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında “Azərbaycanlılar” kitabı çapdan çıxıb

Azadpress.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin növbəti iclasında Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında çap olunmuş “Azərbaycanlılar” kitabı müzakirə edilib.

“Azərbaycanlılar” kitabının rəyçisi, akademik İsa Həbibbəylidir. Kitab AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsidir.Kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti,etnoqrafiyası,maddi və mənəvi mədəniyyəti,sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub.Azadpress.az


bottom of page