top of page

"Kasparov bağlanış mərasimində qalmaqal yaratdı"-Teymur Rəcəbov


Azərbaycan şahmat məktəbinin yetirməsi,şahmat üzrə dünya çempionu olmuş Harri Kasparov karyerasında həzm edə bilməyəcəyi yeganə məğlubiyyəti Teymur Rəcəbovdan alıb.

2003-cü ildə Linaresdə 15 yaşlı Rəcəbov qara fiqurlarla Dünya çempionu Harri Kasparovu yeddi illik müddət ərzində məğlub edən ilk şahmatçı olub. Kasparovun iki il sonra şahmat karyerasını başa vurduğu vaxtadək bu nailiyyəti heç bir şahmatçı təkrar edə bilməyib.

Teymur Rəcəbovla Harri Kasparov barədə belə deyib: - Mənim şahmat karyeramın əvvəlində Kasparov mənə çox yaxşı yanaşırdı. Mən Moskvada 16 yaşlı gənc istedadlar arasında keçirilən Kasparov Kubokunu udanda (onda 11 yaşım var idi) o, özü mənə Kuboku təqdim etdi və xoş sözlər dedi. Həmişə özü də qeyd edirdi ki, gənc istedadlar arasında dünya çempionu adına daha böyük ehtimallı iddiaçı məhz Rəcəbovu görür. Mən Linaresdə 2003-cü ilin ən güclü turnirində ona qalib gələndən sonra hər şey dəyişdi (onda 15 yaşım var idi). Bundan əvvəl 7 il idi ki, Kasparov heç kimə uduzmurdu. Turnir bağlananda jurnalistlər elan etdilər ki, turnirin ən yaxşı və yadda qalan partiyası mənim Kasparov üzərində qaləbəm oldu. Bu zaman Harri isterikaya düşdü, bağlanış mərasimində qalmaqal yaratdı. Bütün bu hadisələrdən sonra o məni başqa turnirlərdə görəndə heç salamlaşmırdı da. Yeri gəlmişkən, Linaresdə həmin o partiya bitəndə heç əlimi də sıxmadı (Partiya bitəndə əl sıxmaq – bu şahmatda mütləq ritualdır)

Teynur Rəcəbov 12 mart 1987-ci ildə anadan olub. FİDE reytinqi: 2748

Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbov 2012 və 2013-cü illərdə iki dəfə İddiaçılar Turnirinə vəsiqə qazanıb.

Azərbaycan yığmasının heyətində üç dəfə Avropa çempionatlarında qələbə qazanıb (2009, 2013, 2017). 2004-cü ildə dünya çempionatında bürünc medala layiq görülüb.

2007-ci ildə Rəcəbov XIX kateqoriyalı Veyk-An-Zee superturnirində birinci yeri bölüşdürüb. Sonuncu FİDE Gran-Pri seriyasına daxil olan turnirləridən birinin qalibi olmuşdur.

Rəcəbov “SOCAR Azerbaijan” klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunu qazanmışdir.Azadpress.az


bottom of page