Prezident İlham Əliyev səs verib


Prezident Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib. Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib  və sonra bülleteni qutuya salıb. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.