top of page

Suriya səmasında təyyarələrin uçmasına qadağa qoyuldu


Azadpress.az flightradar24.com-a istinadən xəbər verir ki,Avropa Uçuş Təhlükəsizliyi Agentliyi (EASA)Suriya üzərində sərnişin təyyarələrinin uçmasına qadağa qoyub.Saytda yerləşdirilən xəritədən aydın görünür ki,artıq ölkə üzərində təyyarə uçuşları yoxdur.

Suriya üzərində raket döyüşləri ehtimalına görə bu ölkə üzərində sərnişin təyyarələrinin uçuşuna qadağa 72 saat qüvvədə qalacaq.

Xatırladaq ki,ötən gün ABŞ,İngiltərə və Fransa Suriyadakı 22 hərbi obyektin raketlərlə vurulacağını bəyan ediblər. Azadpress.az


bottom of page