top of page

Öz ölkəsində yad olan azərbaycanlılar – Restoranların özbaşınalığı


Son zamanlar ölkəmizə gələn turistlərin sayının artması xidmət sektorunda müəyyən dəyişikliklərə səbəb olur.

Müsbət dəyişikliklər özünü göstərsə də, bəzi restoran və kafelər yerli sakinləri nəzərə almadan addımlar atırlar. Ərəb turistlərin çoxluq təşkil etməsinə görə, Bakı şəhərində yerləşən bir çox restoranda ərəb mahnılarının səsləndirilməsinə artıq öyrəşmişik.

Ancaq bəzi restoranlarda Azərbaycan dilində menyu olmaması, yerli əhalinin yox sayıldığını, Azərbaycan dilinə dırnaq arası baxıldığını sübut edir. Bir çox restoran və kafelər bütün azərbaycanlıların rus, ingilis və ya türk dilini bildiyini güman edərək, Azərbaycan dilində menyuya ehtiyac duymurlar.

Azadpress.az Minval.info-ya istinadən xəbər verir ki, məsələn, Əhmədli rayonunda yerləşən supermarketlərdən birinin daxilində fəaliyyət göstərən “Büyükfırat” restoranı öz menyusunu türk dilində tərtib edib. “Büyükfırat” özü türk yeməklərinin təqdim edildiyi restoran olsa da, Azərbaycanda yerləşdiyini nəzərə alıb, menyunu bizim dilə uyğunlaşdıra bilərdi.

Azərbaycanın uzun illər Sovet İttifaqından tabeliyində yaşaması, rus dilinin dövlət dili olması əhalinin böyük əksəriyyətinin rusdilli olmasına və ya ən azından bu dilə bələd olmasına təkan verib.