top of page

Azərbaycanda yeni avtomobillərin qıtlığı var


Azərbaycana gətirilən avtomobillər bahalaşacaq.

Bunu fins.az-a açıqmasında avtomobil eksperti Eldəniz Cəfərov deyib. Söhbət bu ildən ölkəyə gətirilən avtomobillərdən gedir. Ekspert bildirib ki, gömrük rüsumlarının artırılması ilə əlaqədar olaraq qiymətlər 6-7% həcmində artacaq. Istehsal tarixi 2005-ci ilə qədər olan, daxili bazarda sürülən avtomobillərin qiymətində isə hər hansı artım gözlənilirmir. Belə ki, istehsal tarixi 2005-ci ildən aşağı olan avtomobillər isə ölkənin avtomobil parkına aid olan avtomobillərdir. Bu avtomobillərə həm tələbat yüksək deyil, həm də istismar müddəti keçib.

"Bahalaşma istehsalı 2005-ci ilə qədər olan avtomobillər aid olmayacaq"

E.Cəfərov bildirib ki, ənənəvi olaraq hər il dekabr-yanvar aylarında ikinci əl avtomobillər ucuzlaşırdı. Bu il isə mühərrikin həcminə görə gömrük rüsumlarının artırılması ilə əlaqədar olaraq ikinci əl avtomobil bazarında qiymətlər yüksəldi. Bu da demək olar ki, həmin qiymət periodunu pozdu: “Hazırda bazarı araşdırmışıq ikinci əl avtomobil bazarında qiymətlər yüksəlməyib. Məsələn, 1997-ci il model “Mercedes C Class” 8000 min manata təklif edilirdisə, indi 7000-7500 manata satılır. Bunu “Mercedes”in digər seqmentlərinə, o cümlədən istehsal tarixi 2005-ci ilə qədər olan “Toyota”, “Hyundai”, “Kia” və digər markalara da aid etmək olar”.

Ekspert əlavə edib ki, Azərbaycanda avtomobil qıtlığı var. Belə ki, ölkədə avtomobil parkı 15% civarındadır: “Sadəcə nəqliyyatın hərəkətinin, o cümlədən parklanmanın düzgün həyata keçirilməməsi avtomobilin çox olduğu təəssüratı formalaşdırır”.

E.Cəfərov hesab edir ki, məhz avtomobil qıtlığının olması isə ikinci əl avtomobillərin daim bahalaşmasına şərait yaradır. Bu da o deməkdir ki, süni də olsa ilin sonuna kimi ikinci əl avtomobillərin də qiymətində artım ola bilər.Azadpress.az


bottom of page