İstilik sistemlərinə də sayğac qoyulacaq


Bu barədə məlumat verən "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev hazırda istilik mövsümünün davam etdiyini bildirib:

Azadpress.az xəbər verir ki, növbəti mövsümdən istilik sisteminin sayğaclaşdırılması gündəmdədir.

“Hazırda hökumətdə məsələyə baxılır, müzakirələr aparılır, rəy də müsbətdir. Yəqin ki, bu məsələlərə növbəti mövsümdən mərhələli şəkildə start veriləcək. Çünki ölkə prezidentinin starteji yol xəritəsində də hədəflərdən biri istilik sisteminin sayğaclaşdırılması ilə bağlıdır”,-deyə, Rafiq Əliyev xəbər verib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.