Jirinovski müharibə ehtimalına münasibət bildirib


"ABŞ prezidenti Donald Tramp dünyanın ən qabiliyyətsiz prezidentidir".

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Tramp heç nəyi bacarmayacaq. Ya Konqres, ya da Senat ona izn verməyəcək. Tramp Tvitterdə oturur, çünki kabinetdə edəcək heç nəyi yoxdur. O, dünyanın ən bacarıqsız prezidentidir. Bu biabırçılıqdır. Amerika bu gün bütün insanlıq üçün biabırçılıqdır. Onlar poliqon tapan kimi dərhal atəş açacaqlar.

ABŞ-la Rusiya arasında hərbi qarşıdurma mümkün deyil. Həyəcanlamağı dayandırın. Heç bir təhlükə yoxdur. Beynəlxalq münasibətlərin kəskinləşməsi ABŞ-ın zəifləməsiylə bağlıdır”, – deyə o bildirib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.