top of page

Putin Israili vəziyyəti gərginləşdirməməyə çağırıb


İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Azadpress.az BBC Russian-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriya məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya prezidenti Suriyanın suverenliyinin qorunmasının vacibliyini vurğulayaraq ölkədə vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıb.

B.Netanyahu isə deyib ki, rəsmi Tel-Əviv İranın Suriyada hərbi iştirakına imkan verməyəcək.Və bu cəhdlərin qarşısı alınacaq.Azadpress.az


bottom of page