Azadpress.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində “Erməniçilik müasir dövrün böyük problem kimi” kitabının təqdimatı keçirilib.
Əsərin müəllifi Türkiyədə yaşayan həmyerlimiz, ictimai-siyasi xadim, tanınmış tarixçi Aygün Attardır.
Türkiyədə ilk dəfə “Xocalı soyqırımı” adlı dissertasiyaya elmi rəhbərlik etmiş Aygün Attarın növbəti işi Azərbaycan ictimaiyyəti nümayəndələrinin böyük marağına səbəb olub.
Tədbirdə çıxış edən Aygün Attar deyib:
" Mən bu kitabı yazarkən hər cümlədə sizdən aldığım dəstəkdən yararlandım. Kitab 10 gündür işiq üzü görüb, lakin ona tələbat çoxdur. Azərbaycan üçün bu kitab böyük maraq kəsb edir "
Azadpress.az