top of page

Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxdı


Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut yarışlarında finala çıxıb.

Azadpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi 64,500 bal toplayıb.

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.TREND


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page