Azərbaycanlı kikboksçu Moskvada döyüşəcək


Azadpress.az xəbər verir ki,kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev Moskvada rinqə çıxacaq.

“Kobra” ləqəbi döyüşçümüz aprelin 20-də Moskvada “ACB KB 15” turnirində mübarizə aparacaq.

Kikboksçu dünya kəməri uğrunda çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla rinqə çıxacaq.Bu turnir Abdullayevin peşəkar karyerasındakı 53-cü döyüşü olacaq.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.