Kür çayı üzərində yerləşən körpü əsaslı təmir olunub


Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür çayı üzərində yerləşən metal dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib.

Körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elementlərində çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirib. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşırım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.“APA-Economics


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.