"Yollarda ən böyük problem qeyri-qanuni parklanmadır"


Azadpress.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli belə deyib.

Agentliyin baş direktoru Bakıda parklama problemini önə çəkib:

"Bizim araşdırmalar nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki, parklanma tam avtomatlaşdırılmış olsun"

Vüsal Kərimli deyib ki, parklanma bir mədəniyyətdir:

"Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik. İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək lazımı ünvana yürüyərək getsinlər" Azadpress.az "APA Economics"


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.