
ABŞ-a məxsus 7 kəşfiyyat təyyarəsi Suriyanın Hmeymim və Tartusdakı Rusiya hərbi hava bazalarının üzərindən uçuşlar edib.
Azadpress.az “Report”axəbər verir ki, bu barədə dünya hərbi uçuşları izləyən “Mil Radar” sistemi “Twitter” səhifəsində yazıb.
ABŞ-ın 6 “P-8A Poseidon” tipli casus təyyarəsi ilə 1 “EP-3 Aries II” təyyarəsi kəşfiyyat uçuşu edib.
Rusiya və ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Azadpress.az