Avropa Şurasının Baş katibi Torbyorn Yaqland İlham Əliyevi təbrik edib


Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.