Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən getmək fikrində deyil.
Əsəd İran prezidenti Həsən Ruhani ilə telefon danışığında bildirib ki, Qərbin ölkəsinə qarşı apardığı düşmənçilik siyasəti heç bir bəhrə verməyəcək. Bugünkü raket zərbələri isə Suriya xalqının mübarizəsini və qətiyyətini gücləndirəcək.
Bu gün Suriyanın dövlət televiziyası səhər saatlarında Bəşər Əsədin işə gələrkən çəkilən videosunu yayıb.Azadpress.az