top of page

Deputat Astan Şahverdiyev Qusardakı oteldə ölüb


Millət vəkili Astan Şahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Azadpess.az lent.az-a istinadən xəbər verir ki, deputat Qusarın Çiləgir kəndində yerləşən "Chateau” otelində ürək tutmasından ölüb.

Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardıma müraciət edilsə də, artıq gec olub.

Onun meyiti Bakıya gətirilərək "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə Fizuli şəhərində anadan olub. 2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən parlamentə seçilmişdir.Azadpress.az


bottom of page