Kapital Bank işçi axtarır-TƏCİLİ


Azadpress.az xəbər verir ki,Kapital Bank namizədləri Bakı filialları üzrə Əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Müştərilərə xidmət • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu • Ödəniş kartları üzrə əməliyyatların aparılması • Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq • Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı • İngilis dili biliyi arzuolunandır • MS Office (Word, Excel) proqramları üzrə biliklər • Gərgin iş qrafikində işləmək bacarığı • Əla ünsiyyət bacarıqları • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

CV-lərinizi, mövzu hissəsində “Əməliyyatçı-kassir” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.